Bu günə xəbərlərin oxunma sayı: 1236
— 24.06.2017 10:03

Gələcəyin nəqliyyat sistemi belə olacaq

Hyperloop Transportation Technologies (HTT) şirkəti, Hanyanq universiteti, Koreya inşaat və inşaat texnologiyası institutu Cənubi Koreyada Hyperloop adlı perspektivli nəqliyyat sistemi xətti tikmək üçün razılığa gəliblər. HyperTube Express ölkə rəhbərliyinin dəstəyilə reallaşır. Razılığa əsasən HTT Koreya institutlarına və nəqliyyat vasitələrini hazırlayaraq test edən təşkilatlarına kömək edəcək. Gələcəyin nəqliyyat sistemi Cənubi Koreyanın böyük şəhərlərini birləşdirəcək. HyperTube Express vasitəsilə paytaxt Seulla Pusan şəhəri arasındakı 300 kilometrlik məsafə 20 dəqiqəyə qət ediləcək. İndiki vəziyyətdə isə bu məsafəyə təxminən 3 saat vaxt sərf olunur. Yeni nəqliyyat sisteminin tikilməsi 4 ilə yekunlaşacaq.

 

Cavanşir Məmmədzadə