• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 24.06.2017 10:02

Ekstremal Chevrolet Camaro, Ferrari 488 GTB-dən daha sürətli oldu

Kupe Chevrolet Camaronun hardkor variantı - L1 1LE Nürburqrinq dairəvi yolunu 7 dəqiqə 16,04 saniyəyə qət edib. Bu göstərici adi ZL1-dən 14 saniyə, Porsche 911 GT2 RS-dən 2 saniyə və Ferrari 488 GTB-dən 5 saniyə daha tezdir. Gördüyümüz “Kamaro” fevral ayında təqdim olunmuşdu. Kupe 650 at güclü 6,2 litrlik kompressorlu mühərrik və 6 pilləli mexaniki sürət qutusu ilə hərəkətə gəlir. Avtomobil ZL1-dən 27 kiloqram yüngül alınıb. O, tənzimlənən yarış asması, karbon antiqanadı olan aqressiv aerodinamik kuzov və xüsusi Goodyear Eagle F1 Supercar 3R şinləri ilə təchiz olunub. ABŞ-da Camaro ZL1 1LE adi variantdan 7,5 min dollar baha – 69 995 dollara satılacaq.

 

Cavanşir Məmmədzadə