• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1556
— 24.06.2017 10:01

Sərnişin daşıyan hibridli dron nümayiş olundu

Fransada keçirilən Le-Burje aviasalonunda Workhorse adlı Amerika şirkəti sərnişin daşıyan kiçik hibridli dron nümayiş etdirib. SureFly özündə iki yerlik oktokopteri birləşdirir. 8 rotor onu hibrid güc sistemi ilə təmin edir. Bu güc sisteminə 200 at güclü benzin generator və elektromotor daxildir. Ehtiyat akkumlyator da var ki, aparat sıradan çıxarsa, onu 5 dəqiqəlik enerji ilə təmin edir. Bu müddət uçan qurğuya təhlükəsiz eniş etməyə imkan verir. Bundan başqa, təcili vəziyyətlərdə aparatda paraşütlər işə düşür. Dronun maksimal sürəti 110 km/saat, ən uzaq gedə biləcəyi məsafə isə 110 kilometrdir. SureFly-ın yük götürmə qabiliyyəti 180 kiloqrama bərabərdir, multikopterin öz çəkisi isə 500 kq-dır. Dronun əsas idarəedici orqanı kabinədə quraşdırılmış coystikdir. Uçan aparatın ilk uçuşu ilin sonlarına təyin olunub. 2019-cu ildə isə onun uçmaq üçün sertifikat əldə edəcəyi bildirilir. Bundan sonra istehsalçılar qurğunu 200 min dollara satmağı planlaşdırırlar.

 

Cavanşir Məmmədzadə