• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 23.06.2017 13:51

Narkotik satan şəxs tutuldu

KepezTV Player

Kürdəmir rayonunda narkotik maddə satan şəxs saxlanılıb. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Atakişili kənd sakini Pünhan İbrahimova məxsus “VAZ-21074” markalı minik maşınına baxış keçirilərkən orada bir kibrit qutusu narkotik maddə hesab olunan marixuana aşkar olunub. Həyata keçirilən tədbirlərlə İbrahimova narkotik maddəni satan, eyni əmələ görə, bir dəfə də məhkumluq həyatı yaşayan şəxs də saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı