• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 23.06.2017 12:10

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək

Nüfuzlu yarışın cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyunun 24-də, sıralama turundan 3 saat əvvəl - saat 14:00-da başlayacaq. İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Həmin gün saat 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komandanın ümumilikdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Orxan Cəfərzadə