• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 23.06.2017 12:06

Goranboy - Borsunlu yolunda cari və əsaslı təmir işlərinə start verilib

KepezTV Player

Aparılan işlər çərçivəsində mövcud yolun çökmüş hissələri qazılaraq yerinə qum- çınqıl tökülərək kipləşdirilir və asfalt örtüyü çəkilir. Təmir zamanı yol üzərində mövcud olan körpülərin də istismara yararlı olması üçün bərkitmə işləri aparılır. Mövcud yol nişanlarının invertasiyası da aparılır. “Azəravtoyol” ASC-nin 23 nömrəli Yol İstismar MMC-i 59 km respublika əhəmiyyətli, 230 km yerli əhəmiyyətli yollara xidmət edir ki, bu yollardan da 47 km-i Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yoludur.

Ruslan Muradov- baş mühəndis: “Bundan başqa həmin yolun üzərindən Goranboy şəhərinə əvvəllər keçid yox idi. “Azəravtoyol” ASC-nin göstərişi ilə magistralın 318 km-i Goranboy istiqamətinə dairə tikildi, idarəmiz tərəfindən həmin dairə hazırda avtomobillərə xidmət göstərir”.

Xaliq Qurbanlı