Skoda texniki məktəbinin tələbələri Citigo heçbeki ilə bağlı yeni layihə işləyib təqdim ediblər. 1500 saat insan əməyindən istifadə etməklə tələbələr kiçik sitikarı Skoda Element adlı elektrikli baqqiyə çeviriblər. Layihə üzərində 22 tələbə tər töküb. Nəticədə Citigo kuzovunun yarısından məhrum olub: Heçbekin damını, qapılarını, baqajın qapağını və arxa oturacaqları aradan qaldırıblar. Qabaqdakı oturacaqlar da ixtisara düşüb və onların yerinə idman oturacağı quraşdırıblar. Baqqiyə çevrilməklə heçbek yeni rəng və kuzovu qoruyan yüngül müdafiə parametri də qazanıb. Layihə çərçivəsində güc sistemi dəyişib. Daxili mühərrikinin yerinə indi 82 at güclü elektromotoru görmək olar. Nəhayət, final dəyişikliyi salondakı akustik sistemin inkişaf etdirilməsi olub. Bununla da Skoda Element rəsmən markanın ikinci elektrikli konseptkarı sayılır.
Cavanşir Məmmədzadə
- Baxış: 515