• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 23.06.2017 10:03

“Ağıllı” yorğan, yatağı özü yığır və yatan zamanı temperaturu tənzimləyir

Kanadanın Smartduvet startapı adi yorğanı “ağıllı”ya çevirə bilən və yatan zaman temperaturu tənzimləyən xüsusi astar hazırlayıb. O hətta yatağı özü sərbəst şəkildə yığmaq iqtidarındadır. Smartduvet Breeze-nin kütləvi istehsalı üçün Indiegogo kraudfandinq platformasında maddi vəsait yığılır. Qurğu xüsusi hava qəbulediciləri olan özəl astardan ibarətdir. O, yorğana bərkidilir və yatağın altında yerləşən kiçik nasosa qoşulur. Bu nasosun köməyilə adi yorğan “ağıllı” yorğana çevrilə və səhərlər yığıla bilir. Bundan başqa xüsusi mobil proqram Smartduvet Breeze sahiblərinə hər iki tərəfə müxtəlif temperatur təyin etməyə imkan verir. Yaradıcıların sözlərinə görə, belədə daha xoş yuxulamaq və elektroenerjiyə qənaət etmək mümkün olacaq. Qurğunun istehsalı üçün 20 min dollar tələb edilir. Ancaq son ana qədər 132 min dollar maddi vəsait toplanıb. Smartduvet Breeze-i sifariş etmək üçün 199 dollar tələb olunur. İlk çatdırılmalar isə sentyabra təyin edilib.

Cavanşir Məmmədzadə