• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 22.06.2017 12:31

Gəncə şahmatçısı Vüqar Rəsulov növbəti uğuruna imza atıb

KepezTV Player

İti zəka sahibi Türkiyədə keçirilən yarışda fəxri kürsüyə yüksəlib. 

Rəsulov kurort şəhəri kimi tanınan Çeşmədə reallaşan beynəlxalq turnirdə uğurla çıxış edərək gümüş medal qazanıb. Vüqar 9 turdan ibarət olan və 10 ölkədən 200-ə yaxın şahmatçı iştirak etdiyi yarışda 7 xal toplayıb. O, əlavə əmsallara görə 2-ci yeri tutub. 

26 yaşlı şahmatçı Çeşmə yarışında 2 görüşdə rəqibləri ilə xalları yarı bölüb, bir oyunda uduzub. Digər 6 partiyada isə qalib gəlib.

Vətənə dönməyə tələsməyən Vüqar Rəsulov iyunun sonunda qardaş ölkədə daha bir yarışda qüvvəsini sınayacaq. Ankarada beynəlxalq turnirə qatılacaq Gəncə Şahmat Məktəbinin yetirməsi gələn ay Konyada klublarası Türkiyə çempionatında İzmir komandasının heyətində oynayacaq.

 

Azad Rəfi