• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 22.06.2017 12:43

Balakən polisi narkotik alverçilərinin yaxalanması istiqamətində əməliyyatını davam etdirir

KepezTV Player

Narkotik tərkibli bitkiləri əkib-becərən daha bir nəfər saxlanılıb. Bayram Əmraliyev narkotik bitkilərə xas olan spesifik iydən yaxınlıqda yaşayan qonşuları yayındırmaq üçün iribuynuzlu malqaranın iylənmiş baş və ayaqlarından istifadə edib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Növbəti əməliyyat zamanı rayonun Qullar kənd sakini, 47 yaşlı Bayram Əmraliyevə məxsus həyətyanı sahədə tikilmiş yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd çətənə kolu aşkarlanıb.

 

Zülfiyyə Telmanqızı