• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 22.06.2017 12:56

Bazar yandı, xəsarət alan var

Cəlilabad rayonundakı bazarlardan birində yanğın baş verib. İlkin məlumata görə, hadisə cehiz əşyaları satılan hissədə qeydə alınıb. Ümumi sahəsi 4600 m2 olan ticarət mərkəzinin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2 sahədə yanaraq kül olub. Nəticədə 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Alov FHN əməkdaşları tərəfindən söndürülüb. Səbəb araşdırılır.

 

Zülfiyyə Telmanqızı