Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili Göygöldə fermerlər, aqrar sahə mütəxəssiləri, emal və istehsal müəssisələrinin nümayəndələri ilə müzakirə edilib. Kənd Təsərrüfatı Nazirliyinin zona müşavirəsində yerli mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində olub.
Zona müşaviərsində az heyvan saxlamaqla daha çox məsul əldə etməyin yollarından, heyvandarlığın bir neçə istiqamət üzrə inkişafından danışılıb. Bunun üçün seleksiya-damazlıq işlərinin gücləndirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması vurğulanıb. Avropadan gətirilən məhsuldar cinslərdən uğurlu nəticələr əldə olunması işlərin bu istiqamətdə davam etdirilməsini vacib edir.
Qalib Əbdüləliyev- Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın İnkişafı Şöbəsinin müdiri: “Hazırda fermerin qeydiyyat sistemi, o cümlədən onun daxilində də fermerlərin, ailə təsərrüfatlarının, böyük komplekslərin mövcud olan heyvanların qeydiyyatı, süni mayalandırılan heyvanlar, istifadə olunan genetik material onun nəsil göstəriciləri, məhsuldarlıq göstəriciləridir. Bunlar hamısı bir idarə olunan vahid məlumat bazasında birləşdirilir ki, bu damazlıq heyvanların nəsil izlənməsi məsələlərində çox geniş imkanlar yaradır ki, operativ şəkildə hər şey qiymətləndirilə bilsin. Müasir dünya təcrübəsinə görə də mütləq bu elektron baza üzərində bu izlənməlidir. Bu beynəlxalq təcrübəyə uyğun olan bir tədbirdir ki, biz bunun qurmasına başlamışıq”.
Yerli iribuynuzlu mal-qaranın genetik potensialının yüksəldilməsi və seleksiya-damazlıq işlərinin daha keyfiyyətli aparılması da müşavirədə diqqət mərkəzində olub. Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun bu yöndə fəaliyyətinə toxunulub.
Füzuli Mirzəyev- Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun direktor əvəzi: “Ruşeymin transplantasiyası məsələsi yaxın gələcəyin işidir. Bunun üçün də mütəxəssislər yetişdiriləcək və çox qısa bir müddətdə naxırın cins tərkibin yaxşılaşdırılması üçün bu üsuldan da istifadə olunacaq. Yerli malın təkmilləşdirilməsi, onların məhsuldarlığının yüksəldilməsi və yerli genefondun saxlanmasıdır. Genefond isə ona görə lazımdır ki, gələcəkdə kənardan gətirilən mədəni malların yerli şəraitə uyğunlaşması, adaptasiya olunması üçün genefonddan istifadə olunur. Bizim də institutun əsas məqsədlərindən biri genefondun qorunması, saxlanması və yerli malın məhsuldarlıq keyfiyyətlərinin artırılmasıdır. Bu istiqamətdə də tədqiqat işləri aparılır”.
Müşavirədə fermerlərlə heyvan xəstəlikləri ilə bağlı mübarizə tədbirləri, heyvandarlıqda yem bazasının yaradılması yolları, cins tərkibin yaxşılaşdırılması imkanları və digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb, müraciət və təkliflər dinlənilib.
Elnur Vahidoğlu
- Baxış: 549