• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 22.06.2017 11:39

Şəmkirin ucqar dağ kəndində açıq mikrofon təşkil olunub

KepezTV Player

Kəndlərdə qazlaşdırma işinin sürətləndirilməsi, sosial obyektlərin inşası, məhəllə daxili yolların təmiri Şəmkirdə sakinləri narahat edən məsələlərdir. Yeni-Göyçə, Çaykənd və Dağ-Cəyir sakinləri ilə rayon rəhbərliyinin səyyar görüşündə əhalinin səsləndirdiyi fərdi müraciətlərə də baxılıb, qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. 3 minə yaxın əhalinin yaşadığı ərazidə 6 məktəb, 1 həkim, 3 tibb məntəqəsi, poçt, elektron ATS fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyəti aqrar sektorla bağlıdır. Rayon rəhbərliyi kənddə olduğu müddətdə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə inşası davam etdirilən Şəmkir- Yeni Göyçə- Dağ Cəyir avtomobil yolunda işlərin gedişi ilə də maraqlanıb. Qısa müddət ərzində yolun yataq hissəsi hazır vəziyyətə gətirilib, 12 kilometrlik hissəyə asfalt üzlük döşənib. Avtomobil yolunda təmir- tikinti işlərinin yaxın iki ay ərzində tam başa çatdırılması planlaşdırılır. Yeni yolun salınması sözügedən ərazidə infrastruktur layihələrin reallaşmasına da şərait yaradacaq.

 

Natiq Hüseyn