• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 22.06.2017 11:34

Yol qəzaları fəsadsız ötüşmədi

KepezTV Player

Mikroavtobusdan düşüb yolu keçmək istəyən ailə üzvlərini avtomobil vurub. Daha bir hadisədə isə 3 maşın toqquşub. Qəzaların təfərrüatlarını izləyək.

Bakı-Qazax magistralında yolu keçmək istəyən piyadaları avtomobil vurub. Hadisə Şəmkir rayonunun Sabirkənd kəndində qeydə alınıb. Kənd sakinləri, 34 yaşlı Amil Rüstəmov, onun həyat yoldaşı 28 yaşlı Gülər Rüstəmova və onların övladı Qazax istiqamətinə gedən mikroavtobusdan düşüb yolu keçən zaman Bakıya doğru hərəkətdə olan Gəncə sakini 27 yaşlı Orxan Yağmalıyevin idarə etdiyi “VAZ2106” markalı avtomobil onları vurub. Ərlə arvad xəsarət aldıqları üçün Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Amil Rüstəmovun vəziyyəti normal, Gülər Rüstəmovanınkı isə orta-ağırdır. Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində zəncirvari qəza baş verib. Rusiyaya tərəvəz daşıyan “Volvo” markalı yük avtomobili , “Vaz 21-099” və “Toyota Prado” markalı avtomobillərlə toqquşub. Nəticədə maşınların intensiv hərəkət etdiyi yolda bir müddət tıxac yaranıb. 

Zülfiyyə Telmanqızı