Audi şirkəti “Hörümçək adam: evə qayıdış” filminə həsr olunmuş reklam çarxı hazırlayıb. Çəkilişdə Piter Parker rolu ilə tanınan aktyor Tom Holland iştirak edib. Video görüntülərdə sürücülük vəsiqəsini əldə etmək üçün imtahan prosesi keçirilir. Super qəhrəman sürücülüyünü Audi A8 modeli ilə yoxlayır. Onun sözlərinə görə, bu maşını o, dostu Tonidən müvəqqəti alıb. Söhbət digər super qəhrəman – “Dəmir adam” Toni Starkdan gedir. Sınaq zamanı Piter Parker sedanının pilotsuz gediş rejimini aktiv edir. Bundan başqa o, avtomobili sərbəst şəkildə parkinq etdiyi zaman bank soyğunçularını zərərsizləşdirməyə də vaxt tapır. Yeni “səkkizlik” Audinin avtonom idarəetmə ilə işləyən ilk seriyalı modeli olacaq. Sistem azad şəkildə maşını saatda 60 kilometr sürətədək idarə edə bilir. Avtomobil hətta özü parketməyi də bacarır. Bu funksiya bilərzik ya da smartfon vəsitəsilə yerinə yetirilir. Yeni Audi A8-in debüt iyulun 11-ə təyin olunub.
Cavanşir Məmmədzadə
- Baxış: 520