• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 22.06.2017 10:01

Məşhur qaşqabaqlı pişik Hondanın reklamına çəkildi

Honda şirkəti ABŞ-da texniki xidmət stansiyası üçün yeni promo videoçarx təqdim edib. Burada baş qəhrəman, son zamanlar sosial şəbəkələrdə məşhurluq qazanan lovğa Albert adlı pişikdir. Süjetə görə, pişik heç nəyi bəyənmir və onu heç nə qane etmir. Nə iş, nə gecə əyləncələri, nə də avtomobillərin qaraj servisi. Qaşqabaqlı Albertin ancaq Hondanın texniki xidmət stansiyası ürəyincə olub. Bu pişik 1990-cı illərdə təsdiq edilmiş cavan selkirk-reks cinsinə aiddir. 2015-ci ildən populyarlıq qazanan Albertin İnstagram və Facebook-da səhifələri var. Onlara müvafiq olaraq 132 min və 43 min izləyici abunə olub.

 

Cavanşir Məmmədzadə