• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 22.06.2017 10:02

Umidigi Z1 Pro adlı güclü smartfon təqdim olundu

Umidigi şirkəti güclü və nazik korpuslu Z1 Pro smartfonunu nümayiş etdirib. Onun 5,5 düymlük AMOLED ekranı 1920х1080 piksel genişliyindədir. Ekran Gorilla Glass 4 şüşə qoruyucusu ilə örtülüb. Modelin əsasını 2,3 GHz takt tezliyi olan MediaTek Helio P20 prosessoru təşkil edir. Operativ yaddaş 6, daimi yaddaş isə 64 Qb-dır. Əsas kamera 13 və 5 meqapiksellik iki modullardan ibarətdir. Qarşı kamera isə 5 meqapiksel ölçüdə çəkir. 149 qramlıq alüminium korpuslu smartfonun içərisinə mühəndislər 4000 mAs həcmli akkumlyator quraşdırıblar. 26 iyundan satışa çıxacaq Umidigi Z1 Pro 300 dollara təklif olunacaq.

 

Cavanşir Məmmədzadə