“Boka Xuniors” klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib.
Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici “Banfild”in 29-cu tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan “Boka Xuniors” 54 xal toplayan “Banfild” üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə “River Pleyt”dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub.
Orxan Cəfərzadə
- Baxış: 340