KepezTV Player
Şəkidə 31 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Bolludərə kənd sakini, 31 yaşlı Ülviyyə Salamova zəhərlənmə əlamətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Məlum olub ki, o, yaşadığı ünvanda turşu hazırlayan zaman bilmədən su əvəzinə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 470