• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 20.06.2017 14:23

Gəncə Olimpiya İdman Klubunun kikboksinq üzrə açıq birinciliyi keçirilib

KepezTV Player

İlk dəfə təşkil olunan yarışda Respublikamızın bir çox şəhər və rayonlarından idmançılar iştirak edib. Turnirin açılış mərasimində bu idman növünün ölkəmizdə populyarlığından, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi nəticələrdən söz açılıb.

“Güclülər qalib gəlsin” şüarından sonra döyüşlərə start verilib.

Açıq birincilikdə 380 kikboksinqçi medallar uğrunda mübarizə aparıb. Yerli Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi yarışda bütün yaş qrupundan olan idmançılar - uşaq, yeniyetmə, gənc və böyüklər qüvvəsini sınayıb. Ümumilikdə 73 çəki dərəcəsi üzrə 35 komandanın təmsilçisi rinqə çıxıb.

 

Azad Rəfi