• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 20.06.2017 12:33

Paytaxtda avtomobildən edilən oğurluq faktının üstü açılıb

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də Bakı şəhər sakini Etibar Həsənova məxsus “Toyota” markalı avtomobildən edilən oğurluq faktının üstü açılıb. Paytaxt sakini Samir Aydınov nəqliyyat vasitəsindən 1100 manat pul oğurlamaqda şübhəli bilindiyi üçün tutulub.

Nəsimi RPİ-nin əməkdaşları tərəfindən isə iyunun 12-də qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Murad Həşimzadə və Masallı rayon sakini Araz Əliyev tutulublar.
 

Zülfiyyə Telmanqızı