Samux ictimaiyyəti Milli Qəhrəman Eltun İsgəndərovun xatirəsi onun məzarı önündə anıblar. Rayon icra hakimiyyətinin rəsmiləri, Dövlət Sərhəd Xidmətinin məsul şəxsləri Əhmədbəyli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib. Çıxışlarda Eltun İsgəndərovun hər kəsə örnək ola biləcək qəhrəmanlığından söz açılıb. 2009-cu ilin iyun ayının 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucularına qarşı mübarizədə cinayətkar dəstənin bir neçə üzvünü məhv etdiyi vurğulanıb. Sərhədçi əsgərin göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilərək ona ölümündən sonra Milli Qəhrəman adı verilib. Milli qəhrəmanın atası Xaləddin İsgəndərov Azərbaycanda Eltun kimi vətənpərvər oğlanların sayının minlərlə olduğuna diqqət çəkib. Şəhid əsgərin igidliyindən və onunla bağlı xatirələrdən danışılıb. Məktəblilər bədii kompazisiya ilə çıxış ediblər. Anım tədbiri Eltun İsgəndərovun həyat yolundan bəhs edən filmin nümayişi ilə davam edib.
Natiq Hüseyn
- Baxış: 614