• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 20.06.2017 12:39

Almaniya qələbə ilə başladı

Rusiyanın ev sahibliyi etdiyi Konfederasiyalar Kuboku – 2017 davam edir. Dünən yarışda daha bir oyun keçirilib. B qrupunun ikinci matçında Almaniya Avstraliya ilə üz-üzə gəlib.

Avstraliyalılar layiqli mübarizə aparsalar da, rəqib qələbə qazanıb - 3:2

3 qolun vurulduğu ilk yarıda Lars Ştindlla hesabı açan almanlar qarşı tərəfdən Tom Roqiçin qoluna mane ola bilməyiblər. Bununla belə bundesmanşaft fasiləyə kimi hesabda irəli keçib. Qayda pozuntusuna görə təyin olunan penaltini Yulian Draksler qola çevirib. İkinci hissənin əvvəlində avropalılar daha bir qol vurublar. Leon Qoretska dəqiq zərbə ilə yadda qalıb. Qalan vaxtda Avstraliyanın gücü hesab arasındakə fərqi azaltmağa çatıb. Standart vəziyyətin davamında kobud səhvə yol verən almanların qapıçısı Tomi Yuriçin zərbəsini qaytara bilməyib. Bu qrupda növbəti oyunlar iyunun 22-də keçiriləcək. 

Konfederasiyalar Kuboku – 2017

19 iyun

B qrupu

 

Avstraliya – Almaniya - 2:3

Qollar: Roqiç, 41, Yuriç, 56 - Stindl, 5, Draksler, 44 (pen.), Qoretska, 48

 

Azad Rəfi