• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 808
— 20.06.2017 01:43

Gəncədə 83 yaşlı qadın evində ölü tapılıb

Gəncə şəhərində mənzildə qadın meydi tapılıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Evə daxil olan xilas edicilər 83 yaşlı Almaz Cəlilovanın cəsədini aşkar edib və qadının meydi  aidiyyəti üzrə təhvil verilib.