• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 19.06.2017 13:57

Paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində narkotikin bəlasına düşənlər saxlanıldı

KepezTV Player

Narkotikin bəlasına düşən daha iki nəfər saxlanılıb.

Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb. Sürücünün şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən Kamran Əmirxanov avtomobillə birlikdə idarəyə gətirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf edib.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. İstintaq zamanı məlum olub ki, Həmid Əliyev marixuananı yaş halda əldə edib. Bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.

Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı