• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3093
— 19.06.2017 13:51

Bazarda kütləvi dava baş verdi

KepezTV Player

Suraxanı rayonunda bazarlardan birində kütləvi dava baş verib. Bazarda satıcı işləyən 30 yaşlı Şahin Məmmədov 3 nəfərlə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa dava ilə nəticələnib. Bu zaman Şahin Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Daha bir qanlı olay Sabunçu rayonunda yaşanıb. 29 yaşlı Altun Salmanov Balaxanı qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə bıçaqlanıb. Xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib. Altun Salmanovun vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
 

Zülfiyyə Telmanqızı