• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 19.06.2017 13:50

80 yaşlı kişi arvadını balta ilə qətlə yetirib

KepezTV Player

Lənkəranda isə 80 yaşlı kişi həyat yoldaşını qətlə yetirib. Hadisə bu gün səhər saatlarında Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb. 80 yaşlı Xanoğlan Əzimov həyat yoldaşı Lerik rayon Mastail kənd sakini, 53 yaşlı Almagül İsmayılovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb. Qadının meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Almagül İsmayılova Xanoğlan Əzimovun dördüncü arvadı olub. Əzimovun bundan əvvəlki arvadlarından biri vəfat edib, ikisi isə boşanıb.

Zülfiyyə Telmanqızı