• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 19.06.2017 11:31

6-cı seriyalı BMW heçbeki daha gözəl və praktik alındı

5-ci seriyalı BMW Gran Turismo liftbekini unudun. Onu yerinə 5 qapılı 6-cı seriyalı adına GT əlavə olunmuş analoqu gəlir. Sələfindən fərqli olaraq bu maşın daha eleqant və praktik görünür. Almanlar kuzovu 87 mm uzadaraq 5091 mm-ə çatdırıblar. Hündürlük isə əksinə, 21 mm azaldılıb və indi 1538 mm təşkil edir. Eni 1902 mm saxlanılmaqla pozitiv effekt alınıb. Ancaq dizaynerlər bununla sakitləşməyiblər və damın quruluşunu dəyişiblər. Yeni maşın satışa 3 modifikasiyada çıxacaq. Buraya 258, 265 və 340 at güclü motorlar daxildir. Onların hamısı 8 pilləli avtomatik sürət qutusu ilə vəhdət təşkil edəcək. 6-cı seriya GT-nin satışı avqustdan başlayacaq. Avropaya isə noyabrda gedib çıxacaq. Almaniyada ona 62 300-70 700 avro qiymət qoyublar.

Cavanşir Məmmədzadə