• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 19.06.2017 11:30

Huawei flaqman smartfonunu göstərdi: Honor 9

Huawei şirkəti çox uğurlu alınan Honor 8 flaqman smartfonunun xələfini təqdim edib. Honor 9 ötənilki modelə bənzəyir. Əvvəlki kimi arxa qapaqda iki kamera komplekləşdirilir, korpusunun metal kənarları dairəvidir, ön və arxa panellər şüşə ilə örtülüb. Honor 9 daxildən tamamilə başqa cihazdır. Aparat 5,15 düymlük 1080p ekran, HiSilicon Kirin 960 prosessoru, 4 ya da 6 qiqabayt operativ yaddaş və 64, yaxud 128 Qb flaş-daşıyıcı ilə təmin olunub. 3100 mAs həcmli batareyası olan smartfon Android 7.0 (Nougat) əməliyyat sistemi ilə işləyir. Honor 9-un bir ikili kamerası 12 meqapiksel və 20 meqapiksel fotosensorlardan ibarətdir. Qabaqdakı kamera isə 8 Mp-dir. Qacet ilk olaraq 300 dollardan bir qədər artıq qiymətə satılacaq. Daha iri yaddaşlı model isə 400 dollardan baha olacaq. Honor 9-un Avropada nə vaxt peyda olacağı bilinmir.

Cavanşir Məmmədzadə