• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 17.06.2017 10:35

Çinin günəş batareyaları ilə uçan dronu uğurlu alındımı?

Günəş batareyaları ilə işləyən Caihong (CH) adlı Çin dronu 20 kilometr hündürlüyə qalxaraq uğurlu uçuş edib. Aparat günəş batareyaları ilə bu qədər yüksəkliyə qalxan ilk Çin istehsallı pilotsuz qurğudur. Dron Çinin aerokosmik elm və texnika korporasiyasının araşdırmaçıları tərəfindən hazırlanıb. Müəlliflər bildiriblər ki, sınaq uçuşları 15 saatdan artıq davam edib və 45 metrlik qanadları olan dronun yüngül eniş etməsilə testlər yekunlaşıb. CH-in uğurlu sınağı nəticəsində Çin ABŞ və Böyük Britaniyadan sonra bu tip test keçirən üçüncü ölkə olub. Analoji dronları kvazisputnik kimi istifadə etmək, eləcə də təbii fəlakət baş verən əraziləri mobil əlaqə və internetlə təmin eləmək mümkündür. Bu cür aparatlarla Yer kürəsinin səthində monitorinq də keçirmək olar.

Cavanşir Məmmədzadə