• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 17.06.2017 10:33

Hyundai-dan yeni kompakt krossover: Kona

Hyundai avtoistehsalçıları yeni kompakt krossoverlərini göstəriblər. Kona adı Havay adalarının birinin adından götürülüb. Model geniş motor qamması və zəngin avadanlıq, hətta tam ötürücü sistem və iki tipdə asma qazanıb. Hyundai-dan açıqlama veriblər ki, krossover tamamilə yeni platformada ərsəyə gəlib. O, xüsusilə yığcam yolsuzluq maşınları üçündür və SUV-un B seqmentində yeni standartlar təyin edir. Kuzovu iki rəngdə olan yeni avtomobil plastik müdafiə elementlərinə və ayrı-ayrı çoxkomponentli optikaya sahibdir. Konanın əldə etdikləri arasında diodlu əsas işıq da var ki, onun təchizat siyahısında yer alacağı sual altındadır. Ölkə bazarlarından asılı olaraq krossover 4 mühərrikdən biri ilə təklif olunacaq. 6 pilləli avtomatik sürət qutusu ilə birləşən 2,0 litrlik 149 at güclü ilk atmosfer mühərriklə avtomobil “yüzü” 9 saniyəyə yerinə yetirir. Maksimal sürət isə 194 km/saata bərabərdir. Növbəti motor 1,6 litrlik 177 at güclü turbomotordur. 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə işləməklə mühərrik krossoverə imkan verir ki, yerindən 100 km/saatı 7,7 saniyəyə yığsın. Ən yüksək sürət isə “210”a çatır. Avropa bazarında əlçatan olacaq 1 litrlik motor isə 3 silindrlidir və 6 silindrli mexaniki sürət qutusu ilə vəhdət təşkil edir. 120 at gücü ilə avtomobil ilk 100 km/saatı 12 saniyəyə başa vurur. 181 km/saat sürət maksimal göstəricidir. Köhnə qitədə və digər ölkələrdə 1,6 litrlik dizel aqreqat da almaq mümkün olacaq. Ancaq onun barəsində ətraflı məlumat yoxdur. Cənubi Koreyada Kona bu aydan satışa çıxır. Daha sonra o, Şimali Amerika və Avropaya da yol açacaq. Qiymətlər isə bilinmir.

Cavanşir Məmmədzadə