• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 17.06.2017 10:31

Yeni oyun personal kompüteri: MSI Infinite A

MSI adlı şirkət Infinite A personal oyun kompüterini təqdim edib. O, bu tip cihazların ilki olacaq. Korpusun ön hissəsində, mikrosxemli işıqlandırma yerləşdirilib. Yan panelin şüşədən hazırlanması daxildəki gözəllikdən həzz almağa imkan verir. Personal kompüterin içərisində Intel B250 çipsetində quraşdırılmış micro-ATX formatlı sxem bərkidilib ki, o da PCI-e dəlikləri, həmçinin davamlı komponentləri olan və mərkəzi prosessoru enerji ilə təmin eləyən sistemlə təchiz olunub. Intel Core i7-7700 prosessoru 3.6-4.2 GHz takt tezliyində işləyir. DDR4 formatlı operativ yaddaş ümumilikdə 64 Qb həcmindədir. Qrafikaya isə Nvidiadan GeForce GTX 1080 ya da GTX 1070 videokartı cavabdeh ola bilər. Modelin satış tarixi və qiyməti hələlik naməlumdur.

Cavanşir Məmmədzadə