• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 17.06.2017 12:29

Tibb işçiləri peşə bayramında Gəncədə bir araya gələrək “Diabetik neyropatiya” mövzusunu müzakirə ediblər

KepezTV Player

Konfransda ölkədə olan şəkərli diabet xəstələrinin sayından və bu sahədə mövcud olan bəzi problemlərdən danışılıb.

Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 200 mindən çoxdur. Kənd və rayonlara nisbətən, şəhərlərdə yaşayan insanlar arasında şəkərli diabetə daha çox rast gəlinir. Əsas səbəblər isə keyfiyyətsiz qidalar, stress və fiziki aktivliyin azlığıdır. Bununla belə xəstəliyin yaratdığı fəsadlar kənd yerlərində daha çox olur. Buna isə ya lazımi preparatların azlığı səbəb olur, ya da xəstələrin dərmanlara, habelə xəstəliyin müalicəsinə laqeyd yanaşmaları...

Valeh Mirzəzadə- Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri: “Şəkərli diabetin problemi tək sayı deyil. Problem ondadır ki, bu xəstəlik ağır fəsadlar verir və bu fəsadlar elədir ki, özünü praktiki göstərmir. Şəkərli diabetə tutulmuş insanların yarısı heç bir şikayət demir və fəsadlar da özünü göstərmir. Birdən zərbə vururlar. Birdən xəstə görür ki, gözündə problem yaranıb, pəncədə yara əmələ gəlib, amputasiyaya ehtiyac var, böyrək çatışmazlığı yaşayır və sair”.   

Bütün xəstəliklər kimi, şəkərli diabetin də profilaktikası önəmlidir. Məhz bu səbəbdən də insanlar arasında bu istiqamətdə maarfiləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. 

Valeh Mirzəzadə- Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri: “Bizim hörmətli nazirimizin əmri var. Əgər bir şəxs poliklinikaya gəlirsə, hər hansı bir xəstəlikdən şikayət edir, fərqi yoxdur hansı, onun şəkərini yoxlamalıdırlar. Bu profilaktik tədbirdir. Desəm ki, profilaktik tədbir görülmür, bu düzgün olmaz. Var, xeyli var. Bu cür tədbirləri Respublika Endokrinoloji Mərkəz də keçirir. Həm Bakıda, həm də rayonlarda. Lakin birdən- birə bütün ölkədə bunu etmək mümkün deyil. Bu maddi tərəfdən bir az çətindir”.
 
Konfransda şəkərli diabet, diabetik neyropatiya, onun profilaktikası, diaqnostikası müzakirə olunub, ölkədə və dünyada tədbiq olunan müalicə üsullarından söz açılıb.

Gülnar Fazilqızı