• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 16.06.2017 16:43

Samuxda idarəetməni itirən sürücü avtomobili aşırdı

KepezTV Player

Samuxda idarəetmədən çıxan maşın 1 nəfərin xəsarət alması ilə nəticələnib. Qəza Samux- Gəncə yolunun 1-ci km-də qeydə alınıb. Rayon sakini Arif Aşurovun sükanı arxasında olduğu “Nissan” yoldan çıxaraq şam ağaclarını qırıb və aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya aparılıb. Vəziyyəti normal olduğundan ambulator müalicəyə buraxılıb. Qəza zamanı sürücü avtomobildə tək olub. Faktla bağlı Samux Rayon Polis Şöbəsində qəzanın baş vermə səbəbləri araşdırılır.

Xaliq Qurbanlı