• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 16.06.2017 13:14

Dilənçi qadın ev soydu

KepezTV Player

 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan Həsrət Aslanov 3 gün bundan öncə ərizə ilə  Rayon Polis İdarəsinə müraciət edərək, naməlum şəxsin ona məxsus evə açıq qapıdan daxil olmaqla oradan 200 manat dəyərində qızıl sırğa, 300 manatlıq qızıl kişi üzüyü və 50 manat dəyərində qızıl suyuna çəkilmiş qadın üzüyünü oğurladığını bildirib. Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini 28 yaşlı Aynurə Mahmudova saxlanılıb. Ondan oğurladığı əşyalar maddi sübut olaraq götürülüb. Aynurə ifadəsində oğurluğu dilənçilik fəaliyyəti ilə məşğul olan zaman törətdiyini deyib. 

 

Zülfiyyə Telmanqızı