• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 16.06.2017 12:29

Şəmkirin Kür qəsəbəsində idman bayramı təşkil olunub

KepezTV Player

Şəmkir rayonunun Kür qəsəbəsində yeniyetmə və gənclər arasında idmanın taekvando növü üzrə açıq rayon birinciliyi keçirilib. Birincilikdə Şəmkirin müxtəlif idman klublarının 10 çəki dərəcəsində 250-ə yaxın idmançısı mübarizə aparıb. Rayon rəhbərliyinin və idman ictimaiyyətinin iştirak etdiyi bağlanış mərasimində kənd və qəsəbələrdə idmanın inkişafı istiqamətində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışılıb. Şəmkir idmançılarının respublika və beynəlxalq yarışlarda müxtəlif əyyarlı medallar qazanması görülən işlərin təzahürü kimi dəyərləndirilib. Rayonda gənclərin asudə vaxtının səmərəli təşkili və idman ocaqlarının maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində planlardan da söz açılıb. İlin sonunadək bir neçə kənddə mövcud idman obyektləri təmir olunacaq, yeni idman zalları inşa ediləcək. Sonda qalib idmançılara rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

 

Natiq Hüseyn