• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 16.06.2017 12:21

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında mübarizəyə başlayır

Liqada qrup oyunlarının ilk dövrəsi Makedoniyada, ikinci dövrəsi Albaniyada olacaq. Yığmamızın rəqibləri sırasında bu ölkələrin komandası ilə yanaşı, İsveç millisi də var. Qrup oyunları iyunun 25-də bitəcək.

İki gün ərzində Makedoniyada baş tutacaq qrup oyunları çərçivəsində yığmamız ilk oyununu bu gün ev sahiblərinə qarşı keçirəcək. Sabah millimiz İsveç, iyunun 18-də Albaniya ilə görüşəcək. 

 

Azad Rəfi