Yarışda iştirak edəcək yığma komandamız qitə çempionatına hazırlığın son tamamlama mərhələsini Ukraynada keçirib.
İyunun 4-dən Xarkovda olan milli mötəbər yarışda 10 çəki dərəcəsində eyni sayda boksçu ilə təmsil olunacaq. Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə, Elvin Məmişzadə, Tayfur Əliyev, Cavid Çələbiyev, Lorenzo Sotomayor, Pərviz Bağırov, Kamran Şahsuvarlı, Eldar Quliyev, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov qoruyacaq.
Yarışın təqviminə əsasən, iyunun 16-dan 20-nə kimi ilkin döyüşlər reallaşacaq. “Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final, 23-də yarımfinal mərhələsinin görüşləri keçiriləcək. Çempionatın son günündə - iyunun 24-də isə qaliblərin adları bilinəcək.
Mübarizələrdə 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.
Avropa çempionatı mundiala seçim xarakteri daşıyır.
Azad Rəfi
- Baxış: 400