• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 16.06.2017 10:03

Mausu naqilsiz enerji ilə təmin edən altlıq hazırladı

Logitech şirkəti mauslar üçün naqilsiz enerji yığa bilən altlıq hazırlayıb. Bunun sayəsində mausların batareyaları tükənməyəcək. Powerplay adını alan örtük personal kompüterin dəliyinə qoşulur. Altlığın özəyi, maqnit rezonansın köməyi ilə enerjinin ötürülməsindən ibarətdir. Texnologiyanın bir çatışmazlığı var. Belə ki, opto-mexaniki siçanın enerji yığması üçün onu altlığın tam mərkəzində saxlamaq lazımdır. Əks halda maus enerji toplaya bilmir. Ancaq şirkət rəsmiləri açıqlama veriblər ki, onların mühəndisləri artıq bu problemi aradan qaldırıb və mausu Powerplay-in istənilən yerində saxlamaqla enerji əldə etmək olar. Hələlik şikrət bu altlığı dəstəkləyən iki maus hazırlayıb. Gələcəkdə onların sayının artacağı bildirilir. Powerplay 20 avqustdan ABŞ-da satışa çıxarılacaq. Qiymət isə 100-115 dollar arasında dəyişəcək.

 

Cavanşir Məmmədzadə