Beynəlxalq mətbuat konfransı çərçivəsində Microsoft şirkəti rəsmi olaraq yeni oyun konsolunu təqdim edib. Daha əvvəl Project Scorpio kod adı ilə gizlənən aparat Xbox One X adlanır. O, nəinki markanın ən kompakt modelidir, həmçinin indiyə qədər dünyada mövcud olmuş bütün oyun konsollarından daha güclüdür. Xbox One X mağazaların piştaxtalarında 7 noyabrdan görünəcək. Üzərində isə 499 dollar yazılacaq. Qurğunun məhsuldarlığı 6 teraflopsa çatır ki, bu da video oyunları 4K genişliyində saniyədə 60 kadr sürətilə emal etməyə imkan verir. Konsol həmçinin virtual reallıq dəbilqələrini yüksək keyfiyyətdə dəstəkləyir. Modelin əsasını, takt tezliyi 2,3 GHz olan 8 ədəd 16 nanometrli x86 nüvəli prosessor təşkil edir. Videoyaddaş 16 Qb-dır və saniyədə 326 Qb sürətə yiyələnib. Oyunları saxlamaq üçün 2,5 düymlük sərt disklər 1 Tb-lıq yer ayrılıb.
Cavanşir Məmmədzadə
- Baxış: 455