• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 16.06.2017 10:01

Citroen 90 variantda kiçik krossover göstərdi

Citroen şirkəti yığcam C3 Aircross krossoverini ictimaiyyətə göstərib. C4 Cactus stilində ərsəyə gətirilən yeni maşının eksteryeri 90 variantda təklif olunacaq. C3 modelinin bazasında yığılan avtomobilin klirensi 20 millimetr artırılıb. Onun uzunluğu 4,15 metr, eni 1,76, hündürlüyü 1,64 metr, təkər bazasının ölçüsü isə 2,6 metrdir. Baqajın həcmi 410 litr olsa da, arxa oturacaqları düzülüşündən asılı olaraq həcmi 520 litrə qaldırmaq olar. İkinci cərgədəki oturacaqları qatlamaqla isə yük götürmə qabiliyyəti 1289 litrə yüksələcək. Alıcıların kuzovu 8 rəngdən, damı və işləmələri 4 rəngdən biri ilə seçmək imkanları var. Təklif arasında 16 və 17 düymlük təkər diskləri də yer alıb. C3 Aircross-un interyeri 5 rəngdən birində olacaq. Motor qammasında 6 aqreqat Avropa versiyası üçün, daha 2 ədədi isə digər ölkələr üçündür. İlk növbədə benzin mühərriklər 3 silindrlidir və 82, 110 və 130 at gücünə sahibdir. 100 və 120 at gücündə də motorlar var ki, onlar da dizellə işləyir. Sürət qutusu isə 5 pilləli mexaniki ya da 6 pilləli avtomatik olacaq. Ön ötürücü sistemə malik krossoveri 5 rejimdən biri ilə idarə etmək şəraiti yaradılır: standart, qumlu, yolsuzluq, qarlı rejimdə, eləcə də ESP (Elektronik Stabilləşdirmə Proqramı) olmadan. Citroen C3 Aircross ilin ikinci yarısından Avropada satışa çıxarılacaq. Ardından avtomobil digər yerlərlə peyda olacaq.

 

Cavanşir Məmmədzadə