• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 16.06.2017 00:09

Zaqatala sakinini ildırım öldürdü

KepezTV Player

Zaqatalada ildırım bir nəfərin ölümünə səbəb olub. Bədbəxt hadisə rayonun Üçüncü Tala kəndi ərazisində baş verib. Kənd sakini 55 yaşlı İsa Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı sahəyə gedib. Bir müddət sonra heyvanlar qayıtsa da, Bayramov geri qayıtmayıb. Araşdırma zamanı məlum olub ki, kənd sakini ildırım vurması nəticəsində dünyasını dəyişib.