Bu gün Yaponiyanın paytaxtı Tokioda 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatına start verilib. Mundialda 100-ə yaxın ölkədən 306 atlet “körpücük” üzərinə çıxacaq. Çempionatda Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn İsmayılov (94 kq) ölkəmizi təmsil edəcək. Yarış iyunun 23-dək davam edəcək.
Azad Rəfi
- Baxış: 487