• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 15.06.2017 14:09

“Heydər Əliyev kuboku-2017” turnirinə yekun vurulub

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb. 4 gün davam edən yarışda final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib. Turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan 3 qızıl, 1 gümüş, və 2 bürünc medalla ilk 3-lüyü tamamlayıb.

Azad Rəfi