• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 15.06.2017 14:08

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq

Roman Qriqorçukun komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşacaq.
Mövsümü 5-ci pillədə başa vuran Qroznı təmsilçisi buna qədər “Terek” adlanırdı. 

Qeyd edək ki, ilk sınaq görüş yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Bolqarıstanın “Botev” və  “Ludoqorets” komandalarıyla qarşılaşacaq.
 
Yoxlama oyunu
15 iyun

20:00. “Qəbələ” – “Axmat”
Avstriya, İnsbruk

Orxan Cəfərzadə