Volvo Trucks şirkəti şəkər qamışı yığan braziliyalı fermerlərə kömək etmək qərarına gəlib. Qiymətli xammalın ümumi məhsulunun 4 faizinin itirilməsi, məhz sahələri əzən, münbit torpağı yararsız hala gətirən və bitkilərə zərər yetirən yük maşınlarının “günahı” hesab edilir. Bu problemi aradan qaldırmaq üçün özü idarəolunan Volvo Trucks maşınlarından istifadə ediləcək. Onların giroskop və GPS-naviqasiya ilə reallaşan avtopilot sistemi, sahə üçün 25 millimetrədək dəqiqliklə təhlükəsiz yerdən məhsul yığır. Bu cür sistemlə ildə hər hektardan əlavə olaraq 10 ton şəkər qamışı əldə ediləcək. Ötən il İsveç avtoistehsalçıları bu tip avtomobilləri sınaqdan keçirmişdi. Güman ki, texnologiyanın kommersiya versiyasının istehsalına yaxın gələcəkdə başlanacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 399