• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 15.06.2017 10:52

“Proton-M” Baykonurdan kosmosa buraxıldı

Raket-daşıyıcı “Proton-M” Baykonur kosmodromundan kosmosa buraxılıb. Buraxılış tam vaxtında yerinə yetirilib. Kosmik aparat özü ilə Echostar-21 süni peykini daşıyır. Onun işi Avropa ərazisində mobil məlumatları ötürmək olacaq. “Proton” raketlərinin buraxılışı ötən ilin 9 iyununda dayandırılmışdı. Səbəb kimi Intelsat-31 peykinin mühərrikinin vaxtından əvvəl sönməsi göstərilir. Daha sonra komissiya, Voronej mexaniki zavodunda mühərriklərin yığılmasında nasazlıq aşkar etmişdi.

Cavanşir Məmmədzadə