Bu günə xəbərlərin oxunma sayı: 947
— 15.06.2017 10:52

Gəncədə Heydər Əliyev Park Kompleksində 15 iyun Milli Qurtuluş Günü və “Son zəng” tədbiri keçirilib

KepezTV Player

Əvvəlcə şagirdlərin əl işlərindən ibarət rəsm əsərlərinə və kompozisiyalara baxış keçirilib. Amfiteatrda davam edən tədbirdə əlamətdar günün tarixinə nəzər salınıb. Qeyd olunub ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə nəinki Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ölkə tərəqqi, inkişaf yoluna qədəm qoydu. Görüşdə qəbul imtahanlarında, respublika fənn olimpiadalarında fərqlənən, idman və təhsil sahələrində uğur qazanan məktəblilər mükafatlandırılıb. Milli Qurtuluş Günü və “Son zəng” münasibətilə təşkil olunan tədbir şagirdlərin hazırladıqları musiqi, rəqs nömrələri ilə yekunlaşıb.

Vəfa Şairova