• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 15.06.2017 11:15

Güclü külək binaya, maşınlara ziyan vurub

KepezTV Player

Gəncədə səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib. Təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub. Küləyin gücündən qopan dam örtüyü ətrafdakı tikililərə və ağaclara, kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib. Hazırda Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Elton Cabbarlı