Bu günə xəbərlərin oxunma sayı: 1568
— 14.06.2017 19:07

"Həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum

KepezTV Player

Xəzər Rayon Polis İdarəsinə Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Sergey Musayevdə külli miqdarda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs rayon ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 7 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Xəzər RPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı